Qonaqotu quru ekstraktı (Passiflora İncarnata L. herb dry extract)-100 mq (mg),
Pişikotu kökünün quru ekstraktı(Valeriana officinalis L. root & rhimoze dry extract)-100 mq(mg),
Maqnezium (Maqnezium oksid şəklində)(Magnesium(as Magnesium oxide))-10 mq(mg),
Mayaotu quru ekstraktı(Humulus lupulus strobile dry extract)- 25 mq(mg),
Fol turşusu (Folic Acid) -200 mkq( mcg).
Farmakoloji xüsusiyyətləri:Qonaqotu - tərkibindəki viteksinlə zəngin flavonoid və alkaoidlərin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərərək ürək damar sisteminin işini yaxşılaşdırır.
Mayaotu - sakitləşdirici, zəif yuxu gətirici vasitə kimi sinir oyanıqlığında, yuxu pozğunluğu,vegetativ damar distoniyası, klimakterik sindrom və s. hallarda istiofadə olunur.
Maqnezium - bütüb hüceyrələrin normal fəaliyyəti üçün vacib element olub maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir.Fizioliji olaraq maqnezium hüceyrə daxili kation hesab edilir.Maqnezium ionları neyronlarin oyanıqlığını aradan qaldrıraraq sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək bütün fermentativ reaksiyalarda iştirak edir.Maqnezium defisiti orqanizmdə tremor,tetaniya,ataksiya,yüksək reflektor oyanıqlıq,yuxu pozğunluğu,ürək ritmi pozğunluğu,mədə-bağırsaq pozğunluğu və diareya kimi patalogiyaların əmələ gəlməsinə səbəb olur.
GÖSTƏRİŞLƏRİ:-Yüksək sinir oyanıqlığı
-Stress.Əsəb gərginliyi
-Yuxu pozğunluğu
-Simpatik aktivlik fonunda sıx ürək ritmi
-Həyəcan və özünə güvənməmə halları
-Hamilə qadınlarda hipertonus
-Xroniki yorğunluq,fiziki və psixi tükənmə,asteniya
ƏKS GÖSTƏRİŞLƏRİ:Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq.
İSTİFADƏ QAYDASI:18 yaşdan yuxarı şəxslər: gündə 1 dəfə 1 tablet
BURAXILIŞ FORMASI: Tablet №30(3×10) blisterdə , karton qutu qablaşdırmada.