RESTOMAG

RESTOMAG

Tərkibi:

Maqnezium laktat susuz 450 mq-(54 mq sərbəst Maqneziuma bərabərdir)

Vitamin B6( Piridoksin hidroxlorid) -5 mq

Farmakoloji xüsusiyyətləri:

Magnezium - bədənin bütün toxumalarında olan hüceyrələrin normal fəaliyyəti üçün zəruri olan və əksər metabolik reaksiyalarda iştirak edən həyati bir elementdir.Xüsusilə, sinir impulslarının ötürülməsinin və əzələlərin büzülməsinin tənzimlənməsində iştirak edir.Bədənin maqnezium çatışmazlığı pəhriz pozulduqda,maqneziuma ehtiyac artdıqda və ya maqneziumun  qəbulu, metabolizmi və ofrazında balanssızlıq olduqda (məsələn, artan fiziki və zehni stress,hamiləlik dövründə,diuertiklərdən istifadə edərkən).

Piridoksin (Vitamin B6) - bir çox metabolik proseslərdə və sinir sisteminin maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir.Vitamin B6 mədə-bağırsaq traktından maqnezium sorulmasında və hüceyrələrə daxil olmasını yaxşılaşdırır.

GÖSTƏRİŞLƏRİ:

-Müəyyən edilmiş maqnezium çatışmazlığı

-Artan qıcıqlanma

-Kiçik yuxu pozğunluqları

-Mədə-bağərsaq spazmları

-Sürətli ürək döyüntüsü

-Artan yorğunluq

-Ağrı və əzələ spazmları,əzələlərdə uyuşma və qarışqalanma hissi

-Şiddətli maqnezium çatışmazlığı və malabsorbsiya sindromu halında

ƏKS GÖSTƏRİŞLƏRİ:

Aktiv maddələrə və dərmanın hər hansı digər komponentlərinə qarşı yüksək həssaslıq

Ağır böyrək çatışmazlığı(kreatin klirensi 30ml/dəq-dən az)

6 yaşdan kiçik uşaqlar

Hamiləlik və laktasiya zamanı istifadəsi

Dərmanın kifayət qədər sayda hamilə qadında istifadəsi ilə  bağlı klinik təcrübə,fetal malformasiyaların və ya fetotoksik təsirlərin meydana gəlməsinə hər hansı bir mənfi təsir  göstərməmişdir.

İSTİFADƏ QAYDASI:

Böyüklər gündə 2-3 dəfə  yeməkdən sonra

6 yaşdan yuxarı uşaqlar gündə 1-2 dəfə yeməkdən sonra

(Qanda maqnezium konsentrasiyası normallaşdıqdan sonra müalicə dayandırılmalıdır.)

BURAXILIŞ FORMASI: Tablet №30(3×10) blisterdə , karton qutu qablaşdırmada.