ANFOLAK

ANFOLAK

Tərkibi:

N-asetil sistein–     150  mq

Vitamin C              150 mq

Bağayarpağı yarpağının maye ekstraktı   – 60 mq,

Gülxətmi kökünün quru ekstraktı  –         100 mq.

 

Farmakoloji xüsusiyyətləri:

N-Asetilsistein –amin turşu olub güclü   mukolitik, antioksidant, bəlğəmgətirici təsirlərə malikdir. Bəlğəmlə müşahidə olunan infeksion xəstəliklər zamanı bəlğəmi sürətli durulaşdırma xüsusiyyətinə malikdir. Otitlər, rinit,sinusitlər zamanı da təyin olunur. N-Asetilsistein sərbəst sulfhidril qrupuna malik olduğuna görə sərbəst radikalları neytrallaşdirmaqla güclü pnevmoprotektiv və antioksidant  nəticələr göstərir.

Bağayarpağı ekstraktı (Plantago major) əsasən tərkibində olan bioloji aktiv maddələr sayəsində bəlğəmgətirici və bəlğəmdurulaşdırıcı təsirlərə malikdir. Bu təsirlər bağayarpağının tərkibindəki Müsilaj, İridoid qlikozidlər, Fenolik birləşmələr, Aucubin adlı komponentlərə bağlıdır.

Gülxətmi kökünün quru ekstraktı -  : Gülxətmi kökündə çoxlu miqdarda olan selik maddələri  boğaz və tənəffüs yollarının selikli qişalarını örtür və qoruyucu bir qat yaradır. Bu örtü tənəffüs yollarını qıcıqlanmadan qoruyur, öskürəyin azalmasına və sakitləşməsini təmin edir. Xüsusilə quru öskürəyi sakitləşdirmək üçün çox təsirlidir.  Gülxətmi kökündə olan flavonoidlər antiinflamatuar təsirə malikdir. Bu maddələr tənəffüs yollarında yaranan iltihabı azaldır, şişkinliyi aradan qaldırır və beləliklə, öskürəyin səbəb olduğu narahatlığı məhv edir. Pektin də yumşaldıcı və qıcıqlanmanı azaldıcı təsir göstərir, boğazın quru olmasını və qıcıqlanmasını aradan qaldırır.

Vitamin C (askorbin turşusu) insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan su ilə həll olunan bir vitamindir. Güclü antioksidant xüsusiyyətlərə malikdir və bir çox bioloji funksiyada, xüsusilə toxumaların böyüməsi, inkişafı və bərpasında mühüm rol oynayır.Antioksidant qorunma: Vitamin C sərbəst radikalları neytrallaşdıraraq hüceyrələri oksidativ zədələnmədən qoruyur. Ağ qan hüceyrələrinin fəaliyyətini gücləndirərək infeksiyalara qarşı müqaviməti artırır

 

 

GÖSTƏRİŞLƏRİ:

• Kəsкin və хrоniкi brоnхitlər. Obstruktiv bronxit, brоnхiаl аstmа, brоnхоекtаziyа, bronxiolit, mukovissidoz

• Pnevmoniya. Ağ ciyərlərin оbstruкtiv хəstəliкləri.

• Brоnх-аğ ciyər əməliyyаtlаrındаn sоnrакı аğırlаşmаlаrın müаlicə və prоfilакtiкаsı.

• Aldehid, parasetamol və fenollarla zəhərlənmələr zamanı.

 

ƏKS GÖSTƏRİŞLƏRİ:

Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq.

İSTİFADƏ QAYDASI:

4-14  yaş arası uşaqlar: 5 ml gündə 2 dəfə y/s

14 yaşdan yuxarı uşaqlar və böyüklər :10 ml gündə 1 dəfə y/s

BURAXILIŞ FORMASI: Şərbət 150ml