Diklofenak kalium 75 mq
Betametazon natrium fosfat 2.70 mq
Hidroksikobalamin sulsat 10 mq
Farmakoloji xüsusiyyətləri:Diklofenak iltihab əleyhinə, analgetik və qızdırmasalıcı təsirlərə malik qeyri-steroid quruluşlu maddədir. Diklofenakın əsas təsir mexanizmi onun siklooksigenaza (SOG) I və II- ni inaktivləşdirməsilə bağlıdır. SOG iltihab, ağrı və qızdırmanın patogenezində əsas rol oynayan prosta-qlandinlərin sələfi hesab olunan araxidon turşusunun metabolizminin əsas fermentidir. Preparat revmatik xəstəliklər zamanı sakitlik və hərəkət vaxtı əmələ gələn ağrılar, səhərlər müşahidə olunan hərəkətsizlik və oynaqların şişkinliyi kimi təzahürləri əhəmiyyətli dərəcədə azaldır, həmçinin funksional vəziyyətin yaxşılaşmasına səbəb olur. Qeyri-revmatik mənşəli orta dərəcəli və güclü ağrılar zamanı güclü analgetik effekt qeyd olunur (ağrıların yüngülləş-məsi 15-30 dəqiqədən sonra başlayır). Travmadan sonrakı və əməliyyatdan sonrakı iltihabi əlamətlər zamanı natrium-diklofenak ağrıları sürətlə aradan qaldırır, iltihabi, ödemi və əməliyyatdan sonrakı ödemi azaldır. Əməliyyatdan sonra ağrıları olan xəstələrdə opioidlərlə kombinasiya istifadə edildikdə opioid analgetiklərə olan tələbatı etibarlı şəkildə azaldır. Müəyyən olunmuşdur ki, diklofenak birincili dismenoreya zamanı ağrı hissiyyatını və qanitirməni azaltmaq qabiliyyətinə malikdir. Preparatdan istifadə etdikdə miqren tutmaları yüngülləşir.
Betametazon sintetik qlukokortikoiddir, iltihabəleyhinə, allergiya əleyhinə, immunodepressiv və antiproliferativ təsirlərə malikdir. İltihabəleyhinə effekti çox yüksəkdir, iltihabın bütün fazalarına təsir göstərir. İltihabəleyhinə aktivliyi hidrokortizondan 30 dəfə artıqdır, mineralo-kortikoid aktivliyi yoxdur.
Cyanocobalamin sianokobalaminin (vitamin B₁₂) metabolitidir. Sonuncudan fərqli olaraq orqanizmdə aktiv koenzim formaya çevrilməsi prosesi daha sürətlə gedir və qan plazmasındakı zülallarla daha möhkəm birləşərək qanda daha uzun müddət qalır və böyrəklərlə tədricən xaric olunur. Yüksək bioloji aktivliyə malikdir, metabolik, hemopoetik təsirlər göstərir, MSS və qaraciyərin funksiyalarını yaxşılaşdırır, qanın laxtalanma sistemini, karbohidrat və lipid müdadilələrini aktivləşdirir, qanda xolesterinin miqdarını azaldır.
Farmakokinetikası: Əzələ daxilinə yeridildikdən sonra qan plazmasında maksimal konsentrasiyaya çatma müddəti 20 dəqiqə təşkil edir. Plazmada aktiv maddənin konsentrasiyası qəbul edilən dozanın miqdarından xətti asılı olur. Kumulyasiya vermir. Dozanın təxminən 60%-i böyrəklərdə metobolitlər şəklində, 1%-dən az hissəsi sidiklə dəyişilməmiş şəkildə, qalan hissəsi isə ödlə metobolitlər şəklində xaric olunur. Böyrək funksiyaları pozulmuş xəstələrdə tövsiyə olunan doza rejiminə əməl olunduqda dəyişilməmiş aktiv maddənin kumulyasiyası qeyd olunmur. Xroniki hepatit və ya kompensəolunmuş qaraciyər sirrozundan əziyyət çəkən xəstələrdə diklofenakın farmakokinetikasının göstəriciləri qaraciyər xəstəlikləri olmayan xəstələrin göstəricilərinə analojidir. Hidroksokobalamin əzələdaxili yeridildikdə tam qana sorulur və maksimum qatılığa inyeksiyadan 1 saat sonra çatır.
GÖSTƏRİŞLƏRİ:Xüsusilə nevrit simptomları ilə müşaiyət olunan intensiv iltihabi və ağrılı proseslər:
Revmatizmin, iltihablı mono- və polineyropatiyaların kəskinləşməsi.
Revmatizm, revmatoid artrit
Radikulit, poliradikulonevropatiya
Lümboisialgiya Miozit, kaskin tendovaginit
Servikal braxialgiya
Osteoartroz
Fibrozit
Podagra
Bexterev xəstəliyi Reyter sindromu
Travmatik dartılmalar
ƏKS GÖSTƏRİŞLƏRİ:Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq ; kəskin qastrit; mədə və 12-barmaq bağırsaq xorasının kəskin dövrü; kəskin miokard infarktı; dekom-pensasiya fazasında olan xroniki ürək çatişmazlığı; mədəcik aritmiyaları; hipertoniya; kəskin astma tutmaları; hemorragik diatezlər; böyrək, qaraciyər və ya qalxanvarı vəzinin funksiyala-rının ağır zədələnmələri; virus infeksiyaları; sistem göbələk infeksiyaları; kəskin qlomerulo-neftit; kəskin psixoz; aktiv vərəm; osteoporoz; qaraciyər pofiriyası; həmiləlik və laktasiya dövrü; 12 yaşdan kiçik uşaqlar.
İSTİFADƏ QAYDASI:Doza xəstəliyin gedişatından və xəstənin klinik statusundan aslı olaraq seçilir. 12 yaşdan yuxarı şəxslərə preparat gündə 1-2 ampul olmaqla əzələ daxilinə təyin olunur. İnyeksiya nahiyəsində diskomfortun və ya yerli əlavə təsirlərin rast gəlməməsi üçün yerli aseptika qaydalarına riayət etmək məsləhətdir. İnyeksiya mümkün qədər dərinə və tədricən yeridilməlidir. Yeritdikdən sonra inyeksiya nahiyəsini ehtiyatla massaj etmək lazımdır.
BURAXILIŞ FORMASI: 5 ampul 3 ml