2 ml venadaxili və əzələdaxili istifadə edilən məhlulun tərkibində:
Təsiredici maddə: ketorolak trometamin 30 mq
Köməkçi maddələr: natrium xlorid, dinatrium edetat, etil spirti, natrium hidroksid, xlorid turşusu, inyeksiya üçün su
Farmakoloji xüsusiyyətləri:Adolor güclü analgetik, həmçinin iltihabəleyhinə və mülayim qızdırmasalıcı xüsusiyyətlərə malikdir. Biokimyəvi səviyyədə təsir mexanizmi əsasən periferik toxumalarda SOG 1 və SOG 2 aktivliyinin qeyri-selektiv olaraq inhibə edilməsi ilə bağlıdır. Nəticədə prostaqlandinlərin (ağrı hissi və qızdırma törədən iltihab mediatorları) biosintezi tormozlanır. Adolor ağrıkəsici təsirinə görə morfinlə müqayisə olunacaq səviyyədədir və bu baxımdan digər QSİƏP-dən üstündür. Əzələdaxili yeridildikdən sonra analgetik təsir 0,5 saatdan sonra müşahidə olunur, maksimal effekt 1-2 saata əldə edilir. Ağrıkəsici təsiri 4-6 saat davam edir.Adolor əzələdaxili yeridildikdə tez və tamam sorulur. Əzələdaxili 30 mq birdəfəlik yeridildikdən sonra plazmada maksimal konsentrasiya 2,2 mkq/ml 50 dəqiqəyə əldə edilir. Venadaxili 15 mq infuziyadan sonra Cmax 1,96-2,98 mkq/ml, 30 mq infuziya edildikdən sonra isə 3,69-5,61 mkq/ml təşkil edir. Plazma zülalları ilə 99% birləşir. Qəbul edilmiş dozanın 50% qaraciyərdə qeyri-aktiv metabolitlərə qədər metabolizə olunur. Əsas metabolitlər böyrəklərlə xaric olunan qlukuronidlər və p-hidroksiketorolakdır. 91% böyrəklərlə və 6% bağırsaqlarla xaric olunur.Yarımparçalanma dövrü (T1/2) normal fəaliyyət göstərən böyrəkləri olan xəstələrdə orta hesabla 5,3 saat təşkil edir.
GÖSTƏRİŞLƏRİ:-Güclü və ya orta dərəcədə olan ağrı sindromu:
– Cərrahi əməliyyatdan sonrakı ağrılar: ümumi cərrahi, ginekoloji,
ortopedik, uroloji, stomatoloji, otolarinqoloji və s. əməliyyatlar;
– Əzələ, sümük və yumuşaq toxuma travmaları;
– Dartılma, çıxıq və sınıqlar;
– Diş ağrısı;
– Böyrək və öd sancıları (spazmolitiklərlə birgə);
– Doğuşdan sonrakı ağrılar;
– Mialgiya, nevralgiya, işialgiya, radikulit, osteoartrit, osteoartroz,
osteoxondroz;
– Revmatik ağrılar;
– Onkoloji xəstəliklər.
ƏKS GÖSTƏRİŞLƏRİ:maddəyə hiperhəssaslıq,“aspirin” triadası (bronxial astma, burunun və burunətrafı ciblərin residivləşən polipozu və asetilsalisil turşusuna və pirazolon qrupundan olan digər dərman vasitələrinə qarşı hiperhəssaslıq halları birgə müşahidə olunduqda), hipovolemiya (yaranma səbəbindən asılı olmayaraq), mədə-bağırsaq sisteminin eroziv-xoralı xəstəliklərin kəskinləşmə mərhələsi, hipokoaqulyasiya (hemofiliya daxil olmaqla), qanaxmalar və ya onların yaranması riski yüksək olduqda, ağır böyrək çatışmazlığı (qanda kreatinin səviyyəsi 50 mq/l artıq olduqda), qaraciyər çatışmazlığı, doğuş dövrü, laktasiya dövrü, uşaq yaşları (16 yaşına qədər uşaqlarda dərman vasitəsinin təhlükəsizliyi öyrənilməyib). Ağır dərəcəli ürək çatışmazlığı, preparatın tərkibində etil spirti olduğu üçün epidural və ya intratekal anesteziya.
İSTİFADƏ QAYDASI:.
BURAXILIŞ FORMASI: Əzələdaxili və venadaxili inyeksiya üçün hər ampulda 30 mq/ml konsentrasiyalı 2 ml məhlul. 3 ampul içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilib.