-Neomisin hesabı ilə 65000 BV ) neomisin sulfat - 95.6 ml
-Ornidazol - 500 mq
-Prednizolon natrium fosfat ( 3 mq prednizolon hesabı ilə) - 4 mq
-Ekonazol nitrat (100 mq ekonazol hesabı ilə) vardır - 117 mq
Farmakoloji xüsusiyyətləri:ELJİNA antibakterial, antiprotozoy, göbələkəleyhinə və iltihabəleyhinə təsirə malik kombinəolunmuş preparat olub, ginekologiyada yerli istifadə edilir, effektivliyi daxil olan komponentlərin ümumi təsiri effektivliyi ilə əlaqədardır.Neomisin – geniş spektrli təsirə malik aminoqlikozid qrupunun antibiotikidir. Qrammüsbət və qrammənfi aerob mikroorqanizmlərə qarşı aktivdir. Mikroorqanizmlərin neomisinə qarşı davamlılığı ləng və az dərəcədə inkişaf edir.Ornidazol – protozoyəleyhinə vasitə olub, antimikrob təsirə malikdir. Ornidazol Trichomonas vaginalis, Entamoeba histolytica, Giardia lamblia (Giardia intestinalis) törədicilərinə qarşı effektivdir, eləcədə Bacteroides spp. və Clostridium spp, Fusbacterium spp. kimi bəzi anaerob bakteriyalara və Peptostreptococcus spp. anaerob koklara qarşı effektivdir.Təsir mexanizmi törədicilərdə DNT-nin sintezini zəiflətməsi və strukturunu zədələməsilə əlaqədardır. Prednizolon – hidrokortizonin dehidrogenli analoqudur, iltihabəleyhinə, allergiyaəleyhinə və qaşınmaəleyhinə təsir göstərir. Qaşınmanın və yanmanın tez zamanda azalmasına səbəb olur.Ekonazol Trichophyton spp., Microsporum spp., Epidermophyton spp. dermatofitlərə, Candida növünə aid maya və mayayabənzər göbələklərə qarşı göbələkəleyhinə, Staphylococcus spp.,Streptococcus spp. qrammüsbət bakteriyalara qarşı antibakterial təsiri birləşdirir. Təsir mexanizmi göbələyin hüceyrə membranı erqosterolunun sintezini zəiflətməsilə əlaqədardır. Funqisid və bakterisid təsirinə malikdir.
GÖSTƏRİŞLƏRİ:-Bakterial vaginit;
-Kandida göbələklərilə törədilən vulvovaginitlər;
-Qarışıq infeksiyalarla törədilən vaginitlər.
ƏKS GÖSTƏRİŞLƏRİ:Ornidazola, ekonazola, və imidazol/nitroimidazolun digər törəmələrinə, neomisinə və və digər aminoqlikozidlərə, prednizolona, habelə preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq;
mərkəzi sinir sisteminin üzvi xəstəlikləri;
qanyaranma sisteminin xəstəlikləri (leykoz, hemopoezin pozulmaları)
hamiləlik dövrü;
laktasiya dövrü;
18 yaşa qədər uşaqlar.
İSTİFADƏ QAYDASI:İntravaginal.
Hər gün yatmazdan əvvəl 1 vaginal tablet istifadə olunur. Müalicəvi kursun orta davametmə müddəti 6-9 gündür.
Preparatın istifadəsindən əvvəl əlləri və cinsi organları yumaq tövsiyyə olunur. Eljina vaginal tabletləri olan blisteri və otaq temperaturunda su götürün.
-Bir tableti qablaşmadan çıxarın və suda 20-30 saniyə isladın.
-Uzanmış vəziyyətdə, ayaqlar bir qədər yığılmış halda, tableti əlin orta barmağı ilə uşaqlıq yoluna ehtiyyatla, mümkün qədər dərinə daxil edin.
-Tableti daxil etdikdən sonra 10-15 dəqiqə uzanmış vəziyyətdə qalmaq lazımdır.
BURAXILIŞ FORMASI: 65000 BV + 500 mq + 3 mq + 100 mq vaginal tabletlər. 3 tablet, işıqdan qorunan polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.