NORMOS FORTE

NORMOS FORTE

Tərkibi:

Tərkibi:(hər 1 tabletdə):

Xondroitin sulfat (Chondroitin sulfate) - 400 mq

Qlükozamin hidroxlorid (Glucosamine hydrochloride)- 500 mq

Metilsulfonilmetan/MSM(Methylsulfonylmethane/MSM) -  375 mq

Farmakoloji xüsusiyyətləri:

Qlükozamin – birləşdirici toxumanın əsas struktur elementidir. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir.  Qlükozamin sulfat yüksək biomənimsənilməyə malik olub, mədə - bağırsaq traktından sorularaq qığırdaq və digər toxumalarda toplanır.

 

Xondroitin  – mukopolisaxarid təbiətli maddədir. Əsasən, sümük və qığırdaq toxumalarında toplanır. Peroral qəbulu zamanı mədə-bağırsaq traktından sürətlə sorulur. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasını zədələyən fermentləri blokada etməklə qığırdaq toxumasının struktur tamlığını qoruyur. Qlükozaminqlükanların sintezini stimulə etməklə qığırdaq toxumasının tamlığını bərpa edir. Sinovial mayenin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Bundan əlavə, xondroitin sulfat sümük toxumasının formalaşmasında da iştirak edir. Sümük toxumasının rezorbsiyasını ləngidir və kalsiumun itirilməsini azaldır, nəticədə osteoporozların inkişafını tormozlayır. Eyni zamanda damar divarının möhkəmliyini və elastikliyini təmin edir.  Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir.

 

Metilsufonilmetan (MSM) – kükürdün (S) təbii mənbəyidir. Kükürd həyat üçün vacib olan 5 əsas elementdən biridir. Daxili orqanların, sinirlərin, sümüklərin və qığırdağın hüceyrələrinin tərkibinə daxildir. Kükürd demək olar ki, bütün zülalların tərkibinin əsas komponentidir, xüsusilə  əzələləri, bağları və sümükləri, həmçinin saçları və dərini formalaşdıran zülalların tərkibinə daxildir.MSM kollagenin, immunoqlobulinlərin, fermentlərin sintezində iştirak edir. Həmçinin birləşdirici toxumanın normal fəaliyyəti üçün vacib elementdir. MSM əzələlərin və vətərlərin qan təchizatını və normal iş fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Oynaqların hərəkətliliyini artırır

GÖSTƏRİŞLƏRİ:

-Osteoartroz (birincili və ikincili, koksartroz və qonartroz və s.)

-Revmatoid artrit. Poliartrit. Periartrit

-Osteoxondroz

-Spondilyoz

-Sümüklərin travmatik zədələnməsi

-Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reablitasiya zamanı

-Fibromialgiya

-Paradontopatiya

-Dəri, saç və dırnaq xəstəlikləri

ƏKS GÖSTƏRİŞLƏRİ:

Məhsulun hər hansı komponentinə qarşı həssaslıq.

İSTİFADƏ QAYDASI:

Böyüklər üçün 1 tablet gündə 1 dəfə 

BURAXILIŞ FORMASI: N30 (3x10) tablet,blisterdə,karton qutu qablaşdırmada.