RENİSAN FORTE

RENİSAN FORTE

Tərkibi:

Hər 100 ml-də: 

Əsas maddə(-lər):

Tarla qatırquyruğunun (Equisetum arvense) təzə yığılmış otunun duru ekstraktı 2,5 ml,  Dəmrək (Sideritis clandestine) otunun dəmləməsi (1:50) 30 ml,

Dərman rozmarininin (Rosmarinus officinalis) yarpaqlarının duru ekstraktı (1:1) 1,4 ml,  Sürünən ayrıqotunun (Agropyron repens) kökümsovunun duru ekstraktı (1:1) 6 ml,  Dərman limonotunun (Melissa officinalis) yarpaqlarının duru ekstraktı (1:1) 1,8 ml,

İkievli gicitkanın (Urtica dioica) kökünün duru ekstraktı (1:1) 4 ml,

Ortosifonun (Orthosiphon aristatus) yarpaqlarının quru ekstraktı (8:1) 360 mq,

Sallaq tozağacının (Betula pendula) yarpaqlarının duru ekstraktı (1:2) 4 ml,

Köməkçi maddə(-lər):

Kalium sorbat, Natrium metabisulfit, Limon turşusu monohidrat, Qliserin, Təmizlənmiş su.

Farmakoloji xüsusiyyətləri:

GÖSTƏRİŞLƏRİ:

Sidik sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 18 yaşa qədər şəxslərə nəzərdə tutulmur.

İSTİFADƏ QAYDASI:

 18 yaşdan yuxarı şəxslərə gün ərzində 3 dəfə 15 ml daxilə qəbul edilməsi tövsiyə olunur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

BURAXILIŞ FORMASI: Karton qutuya yerləşdirilmiş şüşə flakonda 300 ml daxilə qəbul üçün məhlul.