FERROKOÇ KİDS

FERROKOÇ KİDS

Tərkibi:

Hər 10 ml-də:

Dəmir (II) fumarat (Ferrous (II) fumarate) - 30 mq

Vtamin A (as Retinol acetate) -  300 mkq 

Fol turşusu (Folic acid) -  100 mkq

Vitamin B6 (as Pyridoxine hydrochloride) -  1 mq

Vitamin C ( as Ascorbic acid) -  50 mq

Farmakoloji xüsusiyyətləri:

Dəmir– eritropoez zamanı oksigenin daşınması üçün vacib olan hemoqlobinin formalaşmasında iştirak edir.
Vitamin A-İnfeksiyalara qarşı müqaviməti artırır. Dərinin sağlamlığını və tamlığını təmin edir.Dəri və selikli  qişanın nəmliyini qoruyur. Güclü antioksidant və regenerasiyaedicidir. 

Fol turşusu-qırmızı qan hüceyrələrinin yaranmasında, hüceyrələrin bölünməsi  və yaranması zamanı   DNT və  RNT-      nin  çoxalması üçün azotlu üzvi əsasların sintezində mühüm rol oynayır.

Vitamin  B6– qanyaranma prosesində iştirak edir, sinir sisteminin trofikasını yaxşılaşdırır.

Vitamin C-  immuniteti gücləndirir, orqanizmin bakterial və virus infeksiyalarına qarşı müqavitəni artırır.Qandamarlarının elastikliyini və kapilyar keçiriciliyi yaxşılaşdırır. Dəm mənimsənilməsində və qan yaranmada iştirak edir.

GÖSTƏRİŞLƏRİ:

Dəmir və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ

ƏKS GÖSTƏRİŞLƏRİ:

Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq.

İSTİFADƏ QAYDASI:

4-14 yaş arası uşaqlar 5 ml gündə 1 dəfə,14 yaşdan yuxarı uşaqlar və böyüklər 10ml gündə 1 dəfə.

BURAXILIŞ FORMASI: 150ml daxilə qəbul üçün məhlul,şüşə flakonda,karton qutuya qablaşdırmada.