İNTESTİNORM

İNTESTİNORM

Tərkibi:
Inulin 100 mg
Bifidobacterium longum Lactobacillus acidophilus Streptococcus thermophiles

 

Lactobacillus paracasei Lacrobacillus rhamnosus

 

 

total amount of live cells not less than 2.5 milliards n.c.u (CFU)

Farmakoloji xüsusiyyətləri:

Laktik turşu bakteriyalarının əsas funksiyaları:

antibakterial aktivliyi olan maddələrin sintezi;

istehsal etdiyi fermentlər: liflərin, zülalların, yağların, nişastanın hidrolizi, öd turşularının dekonjuqasiyası; sintetik: B, C, K vitaminlərinin, amin turşularının, üzvi turşuların sintezi.bağırsaq mikroflorasını normallaşdırıcı təsir göstərir, bağırsaq mikroflorasının tarazlığını tənzimləyir və onların fizioloji funksiyalarının yerinə yetirilməsini təmin edir. Bu bakteriyalar patogen və şərti-patogen mikroorqanizmlərə qarşı geniş spektrli antaqonizm xüsusiyyətinə malikdir. İntestinorm tərkibindəki süd turşusu bakteriyaları süd turşusunun, müəyyən miqdarda sirkə və propilen turşularının əmələ gəlməsini sürətləndirir. Bağırsaqlarda turş mühitin formalaşması patogen və şərti-patogen mikroorqanizmlərinin inkişafı üçün əlverişsiz mühit yaradır.  Süd turşusu bakteriyaları monosaxaridlərin sorulmasında və öd turşularının metabolizmində iştirak edir, bağırsaqların epitel hüceyrələrinin membranlarını stabilləşdirməklə elektrolitlərin və vitaminlərin (Vitamin B1, B2, B6, B12, K, E, PP, C, D, biotin, dəmir, kalsium) sorulmasını sürətləndirir. intestinorm zülal həzmini yaxşılaşdırır. Bifidobakteriyaların sintez etdiyi fosfoproteinfosfataza fermenti südün tərkibindəki kazein zülalının metabolizmində iştirak edir.

 

  • Proteazaların miqdarını artıraraq Clostridium difficilenin toksinlərini neytrallaşdırır və onların bağırsaqda kirpikli epiteliumun nüfuz etməsinin qarşısını alır
  • Poliaminlərin sintezini artırır, bağırsaq enterositlərin yetişməsini sürətləndirir və selikli qişanın keçiriciliyini zəiflədir
  • Faqositlərin fəaliyyətini aktivləşdirir, bağırsaqların selikli qişasında immunoqlobulin A-nın sintezini artırır, yerli immunitetə müsbət təsir göstərir
  • Iltihabi mediatorların sekresiyasını zəiflədir
  • Maya göbələyi membranında mannoza sintez edir ki, bir göbələk hüceyrəsi özünə onlarca  mikrob və bakteriyaları birləşdirməklə nəcislə xaric olunmasını həyata keçirərək Saccharomices boulardi bağırsaqların istənilən infeksion-iltihabi proseslərində yüksək effektivlik göstərməklə müalicə müddətini qısaldır, kliniki effektivliyin  yüksək olmasını təmin edir.
GÖSTƏRİŞLƏRİ:
  • Antibiotiklərin, sulfanilamid qrupu və digər preparatların qəbulu zamanı yaranan disbakteriozlar.
  • Müxtəlif etiologiyalı kolitlər, eyni zamanda qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi.
  • Keçirilmiş kəskin bağırsaq infeksiyaları. Xroniki enterokolit. Kəskin bağırsaq sindromu.
  • Diareya,  meteorizm.
  • Ağız boşluğu və bağırsaq mikozları.
  • Atopik xəstəliklər (atopik dermatit/neyrodermit, allergik rinokonyuktivit).
  • Allergiya, allerqoz. Dərinin xroniki iltihabi xəstəlikləri.
ƏKS GÖSTƏRİŞLƏRİ:

Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq

İSTİFADƏ QAYDASI:

14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 2 dəfə

BURAXILIŞ FORMASI: Kapsul №20 (2×10) blisterdə, karton qutu qablaşdırmada