Balıq yağı (Fish oil) 1000 mq
EPT (EPA). 180 mq
DHT (DHA). 120 mq
Vitamin A (as Retinol acetate) 1.5 mq
Vitamin E (as D-Alpha tochopherol acetate) 15 mq
Vitamin D3 (as Cholecalciferol). 5 mkq (200 BV)
Sink ( as Zinc citrate ). 5 mq
Balıq yağı-poli doymamış yağ turşuları (PDYT) qrupuna aiddir.Orqanizm üçün çox vacib olan bu yağ turşularından ən əhəmiyyətlisi ürək-damar və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərən alfa-linolol turşusu, eikosapentaenoik (EPT), dokosheksaenoik (DHT) turşulardır. Omeqa-3 yağ turşuları beyin və retina hüceyrə membranlarının əsasını təşkil edərək görmə funksiyası, əqli fəaliyyət və yaddaşı yaxşılaşdırır, immun sistemi gücləndirir.
Vitamin A – görmə qabiliyyətini yaxşılaşdırır. İnfeksiyalara qarşı müqaviməti artırır. Dəri , dırnaqlar və saçların sağlamlığını və tamlığını təmin edir.
Vitamin E – hüceyrə bölünməsində, toxuma tənəffüsü proseslərində iştirak edir. Hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur.Antioksidant təsirə malikdir. Endokrin sistemin normal fəaliyyətini təmin edir.
Vitamin D3 – kalsiumun qandan sorularaq sümük və diş toxuması hüceyrələrində toplanmasında iştirak edir, immun sistemi gücləndirir.
Sink- uşaqların sağlamlığı və böyüməsi üçün vacib elementdir. İmmun proseslərdə iştirak edir.
GÖSTƏRİŞLƏRİ:Omeqa-3 yağ turşularının, sink mineralı və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ
ƏKS GÖSTƏRİŞLƏRİ:Tərkibindəki inqrediyentlərdən hər hansı birinə qarşı fərdi həssaslıq.
İSTİFADƏ QAYDASI:4-14 yaş 10 ml gündə 1 dəfə,
14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 10 ml gündə 2 dəfə.
BURAXILIŞ FORMASI: Şərbət,150 ml şüşə flakonda,karton qutu qablaşdırmada