Seftriakson natrium – 1 qr
Lidokain 1% – 3.5 ml
Farmakoloji xüsusiyyətləri:Remetta – geniş təsir spektrinə malik olub, III-nəsil sefalosporin qrupuna aiddir. Bakteriyanın hüceyrə membranının sintezini inhibə etməklə, bakterisid təsir göstərir. Seftrosan bir çox qram (+) və qram (-) bakteriyalara, o cümlədən bəzi anaeroblara qarşı aktivdir.
Ə/d yeridildikdən sonra tam sorulur, yəni biomənimsənilməsi 100%-dir və 2-3 saatdan sonra plazmada maksimal konsentrasiyaya çatır. Toxuma və mayelərə asanlıqla nüfuz edir
GÖSTƏRİŞLƏRİ:LOR-orqanlarının, yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəlikləri;
Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri;
Sümük və oynaqların infeksion xəstəlikləri;
Dəri və yumşaq toxumanın infeksion xəstəlikləri;
Sidik-cinsiyyət orqanlarının infeksion xəstəlikləri;
İnfeksiyalaşmış yanıq və yaralar;
Sepsis;
Cərrahi əməliyyatdan öncə və sonra;
ƏKS GÖSTƏRİŞLƏRİ:Sefalosporin qrupuna qarşı həssaslıq.
İSTİFADƏ QAYDASI:1 flakon Remetta 1 ampul lidokainlə qarışdırılıb, gündə 1 dəfə ə/d yeridilir.
BURAXILIŞ FORMASI: Flakon №1 + Ampul №1