* L-karnitin tartrat (L-Carnitine tartrate) - 300 mq
* Koenzim Q10 (Coenzym Q10) - 10 mq
* Vitamin B12 (Cyanocobalamin) - 10 mkq
Farmakoloji xüsusiyyətləri:L-Karnitin –vitaminəbənzər enerqotrop maddədir. Orqanizmdə bir sıra fermentativ prosesləri, o cümlədən ATF və zülal sintezini həyata keçirir. Həmçinin qida həzmini artırmaqla çəki defisitini korreksiya edir, orqanizmin fiziki və əqli yüklənmələrə qarşı dözümlülüyünü yüksəldir. Xüsusilə gündəlik rasionunda ət məhsullarının azlıq təşkil etdiyi insanlarda kəskin çatışmazlığı aşkarlanr.
Nevroloji, kardioloji və immunoloji statusu qənaətbəxş olmayan uşaqlarda L-karnitinin təyinatı əsaslı müsbət dinamik göstəricilərə səbəb olur.Yuxu və davranış pozğunluqları aradan qalxır,iştaha və immun göstəricilər yaxşılaşır, ürəyin normal ritmi bərpa olunur. L-karnitin koenzim Q10-nun təsirini 95%-dək artırır.
Koenzim Q10 – başlıca olaraq orqanizmin oksigenə olan tələbatının təmin olunması (hüceyrə tənəffüsü) rolunu oynayan vitaminəbənzər kofermentdir. Bu maddənin digər vacib funksiyası hüceyrələri enerji ilə təmin etməkdir. Koenzim Q10 həmçinin hüceyrələri sərbəst radikallardan qoruyaraq onların məhvini əngəlləyir. Bu vitamin keyfiyyətli ət məhsulları və meyvə-tərəvəzlə qidalanan orqanizm tərəfindən istehsal olunmağına baxmayaraq ümumi miqdarının 25% nisbətində azalması təhlükəli sayılır. Xüsusilə oksigen və enerji çatışmazlığına həssas olan beyin və ürək toxuması bundan daha çox zərər görür. Bununla bərabər damar divarları zədələnir, sümük-oynaq apparatı,əzələ toxuması,immun və hormonal sistemin funksiyası nəzərə çarpacaq şəkildə zəifləyir.
Vitamin B12 –B12 vitamini əksik olan uşaqlarda gec danışma kimi problemlər rast gəlinir. B12 vitamini eyni zamanda uşağın böyüməsi və inkişafına da təsir edir. Uşağın böyüməsi, inkişafı, yeriməsi və ya oturub qalxması kimi funksiyaların gecikməməsi üçün B12 vitamin qəbul edilməlidir. Əks halda sadalanan problemlərin yaranma ehtimalı istisna deyil.
GÖSTƏRİŞLƏRİ:
* Əqli və fiziki yüklənmələr, xroniki yorğunluq sindromu zamanı;
* Vegetativ disfunksiya;
* Sinir sisteminin irsi degenerativ xəstəlikləri;
* Epilepsiyanın kompleks müalicəsi;
* Ürək-damar xəstəlikləri, o cümlədən mitral klapanın prolapsı, idiopatik və mitoxondrial
kardiomiopatiyalar, revmatik zədələnmələr);
* Tənəffüs sistemi xəstəlikləri, o cümlədən astmatik bronxit və bronxial astma.
* Endokrin pozğunluqlar (şəkərli diabet, tireopatiya və s.);
* İnfeksion xəstəliklərin bərpa dövrü;
* Tez-tez xəstələnən uşaqların immun statusunun bərpası üçün;
* Miopiya, kollagenozlar, skolioz, yastıpəncəlilik və digər əzələ-bağ çatışmazlıqları;
* Dəri və selikli qişaların xroniki zədələnmələri;
* Qıcolma və vərəməleyhinə preparatların uzun müddət istifadəsi zamanı.
* Qadın və kişi sonsuzluqları(cinsi hüceyrələrin aktivliyini artırır)
* Hormonal sonsuzluq (menstrual tsiklin 1-ci və 12-ci günə qədər olan dövründə nəticə əldə etmək olar)
* Qadınlarda və kişilərdə cinsi həvəsin zəifləməsi (Erektil disfunksiya ,impotensiya,azospermiya,libidonun zəifləməsi
ƏKS GÖSTƏRİŞLƏRİ:
Tərkibindəki inqrediyentlərdən hər hansı birinə qarşı həssaslıq
İSTİFADƏ QAYDASI:Həkim başqa cür təyinat verməzsə. 4-14 yaş: 5 ml gündə 1 dəfə.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 1 dəfə
BURAXILIŞ FORMASI: Daxilə qəbul etmək üçün 150 ml şərbət.