DUALTAN-L N:30

DUALTAN-L N:30

Tərkibi:

L-Karnitin L-Tartrat - 250 mq

Kversetin -  75 mq

Koenzim Q10 - 30 mq

Farmakoloji xüsusiyyətləri:

L-karnitin aminturşu olub, B qrupu vitaminlər ailəsinə mənsubdur. Yağ mübadiləsini aktivləşdirir, toxumaların regenerasiyasını stimulə edir, iştahanı artırır. Orqanizmdə l-karnitin qaraciyər və böyrəklərdə sintez olunur, digər orqan və toxumalara daşınır. L-karnitin  oksidləşdirici fosforlaşmanı və ATF sintezini sürətləndirir. L-karnitin qlkoza ilə rəqabətə girərək onu sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan  metabolizminə yol açır, buna görə də beyinin hipoksiyasında və digər kritik vəziyyətlərdə effektivdir. Həzm şirələrinin  sekresiyasını və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, artıq bədən çəkisini azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, qaraciyərdə və əzələlərdə qlikogen ehtiyyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir.

Koenzim Q10 – ubixinonun kofermentidir. Orqanizmin bütün hüceyrə mitoxondrilərində olur. Enerji mübadiləsini sürətləndirir. Hüceyrələri sərbəst radikallardan qoruyur, immuniteti artırır. Antioksidant, antiaterosklerotik təsirlərə malikdir. Qanın lipid tərkibini və reoloji xüsusiyyətlərini normallaşdırır. Miokardın yığılma qabiliyyətini yaxşılaşdırır, miokardın qanla təchizatını artırır. Antiaritmik, hipotenziv, immunomodulyator,  hepatoprotektor təsir göstərir.

Kversetin- bioflavonoid olub vazoprotektiv təsir göstərir, damar divarını möhkəmləndirir. Mikrosirkulyasiyasını yaxşılaşdırır. Kversetin güclü antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrələrin vaxtından əvvəl qocalması prossesini tormozlayır. Həmçinin dezintoksikasion, ödem əleyhinə, regenerasiyaedici xüsusiyyətlərə malikdir. Miokardın  qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir.

GÖSTƏRİŞLƏRİ:

-Miokardın qidalanmasını yaxşılaşdırmaq və hipoksik və işemik şəraitdə funksiyasını bərpa etmək məqsədilə

-Beynin qidalanmasının yaxşılaşdırılması, hipoksik və işemik şəraitdə onun funksiyasının və zehni fəaliyyətinin bərpa etmək məqsədilə

-Güclü fiziki gərginlik zamanı əzələ fəaliyyətini artırmaq üçün;

-Stressə qarşı müqaviməti artırmaq;

-Yağ əriməsini artırmaq və artıq bədən çəkisini azaltmaq;

-Diabet zamanı maddələr mübadiləsini normallaşdırmaq və yaxşılaşdırmaq;

-Ağır xəstəliklərdən və fiziki gücdən sonra sağalma dövründə;

-Dölün hipoksiyası zamanı;

-Spermatogenez pozğunluğu zamanı.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq.

İSTİFADƏ QAYDASI:

18 yaşdan yuxarı şəxslər 1 kapsul gündə 1 dəfə.

BURAXILIŞ FORMASI: Kapsul N:30 kardon qutu qablaşdırmada